Mədəniyyət Nazirliyindən ADO-ya qadağa

Mədəniyyət

27.09.2019 - 15:44

ADO rəhbəri onu da qeyd edib ki, 2 ildən çoxdur nazirlik və meriyaya müraciət edirlər

 

Bir müddət bundan öncə ADO teatrı Mədəniyyət nazirinə və Bakı Şəhər İcra Hakimiyyətinə küçə tamaşaları nümayiş etdirmək üçün yenidən müraciət etmişdi.

 

ADO-dan AYNA bildiriblər ki, aradan bir ay vaxt keçməsinə baxmayaraq, Mədəniyyət Nazirliyindən teatrın müraciətinə cavab verilməyib.

 

26 sentyabr 2019 tarixində isə Nazirliyin əməkdaşı Könül Cəfərova teatrın rəhbəri Elmin Bədəlova nazirlik tərəfindən küçə performanslarına konkret olaraq "yox" cavabı verildiyini bildirib.

 

Teatr rəhbərinin sözlərinə görə, nazirlik əməkdaşı səbəblər haqda məlumat verməyib: "Bu məsələdə ADO-ya qarşı birbaşa nazirin göstərişi olduğunu əminliklə vurğulamaq olar".

 

ADO rəhbəri onu da qeyd edib ki, 2 ildən çoxdur nazirlik və meriyaya müraciət edirlər: “Nazirlik isə hər dəfə bu məsələnin rəyinin vacibliyini vurğulayır. ADO-nun son müraciətinə Mədəniyyət Nazirliyi "yox" cavabı versə də, meriyadan hələki konkret cavab verilməyib”.

Müəllif: Mərahim Nəsib