Lloyd Ostin Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasına sədrlik edəcək
Ramşteyn formatında Ukraynanın müdafiəsi ilə bağlı növbəti görüş yanvarın 9-da baş tutacaq. AYNA xəbər verir ki, bu barədə “RBC Ukrayna” məlumat yayıb.
Ramşteyn Hərbi Hava Bazasının ictimaiyyətlə əlaqələr ofisindən bildirilib ki, Pentaqonun rəhbəri Lloyd Ostin Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasına sədrlik edəcək.
Xatırladaq ki, bu, Təmas Qrupunun 25-ci iclası olacaq.