Ramanada fərdi yaşayış evində partlayış olub, xəsarət alan var - VİDEO

Hadisə

10.06.2024 - 22:49

Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində fərdi yaşayış evində partlayış baş verib.

Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli üçotaqlı evin həyətində həcmi 50 litr olan qaz balonunda yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə nəticəsində evin mətbəxinin divarlarında çatlar əmələ gəlib, pəncərə şüşələri sınıb, 1 nəfər ayaq nahiyəsindən yüngül yanıq xəsarətləri alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Müəllif: Ayna.az