Qubanın üç kəndinin adı dəyişdirilib

Xəbərlər

12.05.2026 - 17:22

Kəndlərin rus adları milliləşdirilib

Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi təklif olunub. AYNA.AZ xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Belə ki, layihəyə əsasən, Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibindəki Vladimirovka kəndinin adı Elbir kəndi olaraq dəyişdirilir və həmin inzibati ərazi dairəsi Elbir kənd inzibati ərazi dairəsi hesab edilir.

Eyni zamanda, Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibindəki Alekseyevka kəndinin adı Çinarlı kəndi, Timiryazev kəndinin adı isə Bəhrəli kəndi olaraq dəyişdirilir və Alekseyevka kənd inzibati ərazi dairəsi Çinarlı kənd inzibati ərazi dairəsi hesab olunur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş