Hazırda ərazidə soyutma işləri aparılır
Quba rayonunun Təngəaltı kəndindəki meşə massivində baş verən yanğın artıq lokallaşdırılıb.
Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hazırda ərazidə soyutma işləri aparılır: "Bəzi yerlərdə tüstülənmə var. Hazırda əməkdaşlar tədbirləri davam etdirir".