Qubanın 3 kəndinin adı dəyişdirilir

Xəbərlər

11.03.2026 - 15:49

Vladimirovka Elbir, Alekseyevka Çinarlı, Timiryazev isə Bəhərli adlandırılacaq

Azərbaycanda 3 kəndin adı dəyişir. AYNA.AZ xəbər verir ki, məsələ Milli Məclis yanında Toponimiya komissiyasının bu gün keçirilən iclasında müzakirə edilib.

Quba rayonunda Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Vladimirovka yaşayış məntəqəsinin adı dəyişdirilərək Elbir kəndi, Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Alekseyevka yaşayış məntəqəsinin adı dəyişdirilərək Çinarlı kəndi və Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Timiryazev yaşayış məntəqəsinin adı dəyişdirilərək Bəhrəli kəndi adlandırılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş