Yaralılar xəstəxanaya yerləşdiriliblər
Oktyabrın 15-i saat 17:30 radələrində Quba rayonunun Amsar kəndi ərazisində “VAZ-2107” və “GAZ-33021” markalı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.
Qeyd olunub ki, hadisə nəticəsində həmin avtomobillərin sürücüləri Coşqun Mirzəyev və Fariz Əşrəfov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı RPŞ-nin istintaq bölməsində araşdırmalar davam etdirilir.