Qubada avtomobil dərəyə aşıb: iki nəfər ölüb

Hadisə

11.09.2022 - 16:03

Hadisə rayonun Qrızdəhnə kəndində qeydə alınıb

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA xəbər verir ki, hadisə rayonun Qrızdəhnə kəndində qeydə alınıb.

1988-ci il təvəllüdlü Valid Beydullayevin idarə etdiyi "Niva" markalı maşın dərəyə aşıb. Qəza nəticəsində sürücü və avtomobildəki sərnişin - 1970-ci il təvəllüdlü İlham Əhmədov həlak olub. Qəza ilə bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az