Qonşu ölkələr Almaniyanın sərhəd nəzarətini gücləndirməsindən narazıdırlar

Dünya

12.09.2024 - 14:19

Həkimlər Klinikalar SEO Xidməti

“Almaniyanın addımları bütün Şengen sazişinin dayandırılmasına səbəb ola bilər”

Almaniyanın qonşu ölkələrinin liderləri Berlinin bütün quru sərhədlərində nəzarəti ciddi şəkildə gücləndirmək qərarını tənqid ediblər. AYNA “Euronews.com”a istinadən xəbər verir ki, Almaniya hakimiyyəti bu hərəkətlərin qeyri-qanuni miqrasiya və transsərhəd cinayətlərin qarşısını almaq məqsədi daşıdığını bildirib.

Polşanın Baş naziri hesab edir ki, Almaniyanın addımları bütün Şengen sazişinin dayandırılmasına səbəb ola bilər və ümumavropa miqyasında məsləhətləşmələrin aparılmasında israrlıdır: “Yaxın saatlarda Berlindən bu qərardan təsirlənəcək digər ölkələrə müraciət edəcəyik. Bu məsələ ilə bağlı Avropa İttifaqı çərçivəsində tədbirlərlə bağlı təcili məsləhətləşmələr aparmalıyıq”.

Avstriya Daxili İşlər Nazirliyinin rəhbəri Berlinin nəhayət ki, miqrasiyaya nəzarət üçün sərt tədbirlər görməyə qərar verməsindən məmnunluğunu ifadə edib. Lakin indiki formada Almaniyanın hərəkətləri Avstriya rəhbərliyinin fikrincə, sadəcə olaraq qanunsuzdur. Buna görə də Vyana Almaniyaya girişi qadağan edilən miqrantları geri almaqdan qəti şəkildə imtina edir.

Eyni zamanda, Berlin yeni tədbirlər tətbiq etməzdən əvvəl Almaniyanın Avstriya və Polşa ilə sərhədində selektiv nəzarət artıq qüvvədə idi. Hazırda 29 Şengen ölkəsindən 8-i miqrasiyaya nəzarəti gücləndirmək üçün sərhəd yoxlamalarını dəqiq həyata keçirir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş