9 nəfərin öldüyü, 20-ə yaxın sərnişinin isə xəsarət aldığı qeyd olunur
İranda ölümlə nəticələnən yol qəzası baş verib. AYNA xarici mediaya istinadən xəbər verir ki, Tehrandan Şiraz istiqamətində hərəkət edən avtobus İshafanda qəzaya uğrayıb.
Qəzaya avtobusun sürücüsünün idarəetməni itirməsinin səbəb olduğu bildirilir.
Nəqliyyat vasitəsinin yoldan çıxaraq aşması nəticəsində 9 nəfərin öldüyü, 20-ə yaxın sərnişinin isə xəsarət aldığı qeyd olunur.
Xəstəxanaya yerləşdirilmiş yaralıların vəziyyəti ağır qiymətləndirilir.