Qerçinski: ““Gürcü arzusu”nun dövründə Gürcüstan Aİ üzvü olmayacaq”

Dünya

08.10.2024 - 16:48

Həkimlər Klinikalar SEO Xidməti

“Gürcüstan hökumətinin üzvləri Aİ dəyərlərindən uzaqdırlar”

““Gürcü arzusu”nun hakimiyyəti dövründə Gürcüstan heç vaxt Avropa İttifaqına (Aİ) üzv ola bilməz”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski deyib.

Diplomatın sözlərinə görə, Gürcüstan rəhbərliyi istəklərinə baxmayaraq, ölkə əhalisini Aİ-yə üzvlükdən uzaqlaşdırır.

Qerçinski Gürcüstana Aİ-yə namizəd statusu verməsini diplomatik karyerasında ən böyük uğuru hesab edir.

“Bəs gürcüstan namizəd statusunu aldıqdan sonra nə baş verdi? Əhalinin əksəriyyəti və müxalifət partiyaları Aİ-yə üzv olmaq istəyir, lakin hakimiyyət insanları bu ittifaqa üzvlükdən uzaqlaşdırır. Gürcüstan hökumətinin üzvləri Aİ dəyərlərindən uzaqdırlar”, - diplomat qeyd edib.

Qerçinski oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra Gürcüstanın “indiki mərhələdə dayandırılmış Aİ yoluna” qayıdacağına ümid etdiyini bildirib.

Səfir əlavə edib ki, Aİ Gürcüstanda demokratik hökumət olacağı təqdirdə onunla danışıqları bərpa etməyə hazırdır: “Deməliyəm ki, indiki hakim partiyanın dövründə Gürcüstan heç vaxt Aİ üzvü olmayacaq”.

Qeyd edək ki, Gürcüstan Parlamenti tərəfindən Rusiyanın “Xarici agentlər” haqqında qanunu ilə müqayisə edilən “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulundan sonra Aİ sammiti bəyan edib ki, bu, Gürcüstanın Avropaya inteqrasiya prosesini faktiki olaraq dayandırır.

Bu yaxınlarda məlum olub ki, Aİ Gürcüstan hakimiyyətinin antidemokratik hərəkətlərinə və onların anti-Qərb ritorikasına cavab olaraq Gürcüstan vətəndaşları üçün vizasız rejimi dayandırmağa hazırdır. Bundan əlavə, Aİ Gürcüstan hökumətinin nümayəndələri ilə yüksək səviyyəli görüşləri dayandırmaq qərarına gəlib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş