"Qələmimizdən qəlbinizə" - Yeni kitab təqdim edildi 

Mədəniyyət

27.06.2022 - 14:57

Kitabda 8 müəllifdən müxtəlif janrda hekayələr cəmlənib

"Laboratory of Art"  incəsənət platforması özünün ilk brendbuk tərzli, həvəskar yazarların seçilmiş hekayələrindən ibarət "Qələmimizdən qəlbinizə" adlı kitabını təqdim edib. AYNA xəbər verir ki, təqdimat mərasimi iyunun 26-da ''Bookzone" kitab evində baş tutub. 

Kitabda 8 müəllifdən müxtəlif janrda hekayələr cəmlənib.

Layihənin ideya müəllifi ölkəmizin müasir ədəbiyyatında ilk qorxu janrının yazarı Fərid Nəsibzadədir.

"Komandamızla bu dəfə fərqli layihə hazırlamışıq. 7 aydan çox davam edən bu layihəni ortaya çıxarmaqda məqsəd ədəbiyyatımıza tövhə vermək, yeni qələm sahiblərini oxucularla tanış etməkdir. Məsələnin, ən maraqlı tərəfi isə layihəmizdə iştirak edən yazarlar ilk dəfədir kitabda çap olunurlar. Düşündük ki, istedadların işlərini rəsmiləşdirək. Hazırda şairlərimiz üçün də "Laboratory of Art" brendi altında yeni kitab layihəsini başlatmışıq və ilk fürsətdə də onu təqdim edəcəyik", - deyə Nəsibzadə layihə haqqında danışarkən deyib.

Qeyd edək ki, layihənin çap tərəfdaşı "Bookzone Group"dur.

Müəllif: Ayna.az