87 yaşlı sənətkar ürək çatışmazlığından dünyasını dəyişib
Xalq artisti Arif Babayev vəfat edib. AYNA.AZ xəbər verir ki, bu barədə onun oğlu Yaşar Babayev bildirilib.
Onun sözlərinə görə, atası bu gün səhər saatlarında dünyasını dəyişib.
87 yaşlı Xalq artisti ürək çatışmazlığından vəfat edib.
Onu da bildirək ki, A.Babayev bir neçə gün əvvəl səhhəti ağırlaşdığından xəstəxanaya yerləşdirilmişdi.
Xatırladaq ki, A.Babayev 1938-ci il fevralın 20-də Ağdamın Sarıhacılı kəndində anadan olub.
Allah rəhmət eləsin!