Xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib
Qəbələ rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
AYNA-nın "Report"a istinadən məlumatına görə, "VAZ-2106" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsində olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.