Qazaxda “Mercedes” yük avtomobilinə çırpılıb

Hadisə

14.07.2022 - 12:57

Həkimlər Klinikalar SEO Xidməti

“Mercedes”in sürücüsü xəstəxanada ölüb

İyulun 13-də saat 19 radələrində Qazax şəhəri ərazisində Çaylı kənd sakini İlham Sadıqov idarə etdiyi “Mercedes” markalı avtomobili yük avtomobilinə vurub və sonradan “VAZ-2107” markalı digər avtomobilə dəyib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən İ.Sadıqov ölüb.

Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş