Qaxda 400-dən çox ağac əkilib

Xəbərlər

26.11.2023 - 15:02

Ağacəkmə aksiyası keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə noyabrın 25-də Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

AYNA xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində təşkil edilən aksiya zamanı Qax şəhərinin müxtəlif ərazilərində 427 ədəd Şərq çinarı, sarağan və sərv ağacı, həmçinin 430 ədəd gül kolu əkilib. Əkilən ağaclar və gül kolları suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.

Aksiyanın məqsədi ətraf mühitin qorunmasına və ekoloji mühitin sağlamlaşdırılmasına töhfə verməkdir.

Ağacəkmə aksiyasında rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbər və əməkdaşları, ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, könüllülər iştirak ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş