Qaribaşvili: “Azərbaycan Gürcüstanın ən mühüm strateji tərəfdaşıdır”

Xəbərlər

24.10.2022 - 16:04

“Əlaqələri maksimum dərəcədə intensivləşdirməyə tam hazır olduğumuzu bir daha təsdiqləyirik”

“Azərbaycan isə Gürcüstanın ən mühüm strateji tərəfdaşıdır”. AYNA xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatla çıxışı zamanı deyib.

İ.Qaribaşvili qeyd edib ki, Gürcüstan Azərbaycan üçün ən vacib və dost ölkələrindən biridir.

O bəyan edib ki, tərəflər artıq həyata keçirilən və tarixi adlandırıla biləcək strateji layihələri müzakirə ediblər: “Onların arasında Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi layihələri var”.

 “Biz həm cari, həm də planlaşdırılan layihələrin həyata keçirilməsi üçün əlaqələri maksimum dərəcədə intensivləşdirməyə tam hazır olduğumuzu bir daha təsdiqləyirik”, - Qaribaşvili bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş