Paris muzeyindən Makronun mumdan olan heykəli oğurlanıb

Maraqlı

03.06.2025 - 09:58

cedabet dərman SEO Xidməti

Heykəl ticarət əlaqələrinə etiraz olaraq Rusiya səfirliyinin qarşısına qoyulub

Özlərini turist kimi təqdim edən bir qrup şəxs Qrevin muzeyindən Fransa Prezidenti Emmanuel Makronun 40 min avro dəyərindəki mum heykəlini oğurlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə "France Info" məlumat yayıb.

Bildirilib ki, heykəl ticarət əlaqələrinə etiraz olaraq Rusiya səfirliyinin qarşısına qoyulub.

Mənbənin nəşrə təqdim etdiyi araşdırma materiallarına görə, özlərini turist kimi təqdim edən iki qadın və bir kişi muzeyə daxil olaraq işçilərin paltarlarını geyinərək Makron heykəlini yorğan altında gizlədərək təcili çıxışdan keçiriblər.

Hadisədən sonra özünü “Greenpeace” üzvü kimi təqdim edən şəxs muzeylə əlaqə saxlayıb və Makron heykəli ilə bağlı aksiya barədə məlumat verib. "France Info" yazır ki, Qrevin muzeyinin rəhbərliyi hadisə barədə polisə məlumat verib. Oğurluq hadisəsi araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş