Pandemiyanın gizli hədəfi barədə: <font color=red> “İdarəolunan insan” iddiası</font>

Maraqlı

02.06.2020 - 14:03

Qriqori Trofimçuk: “Təsəvvür edin ki, sizi qaranlıq otağa salıb, naməlum bir mayeni içməyə məcbur edirlər”

 

Azərbaycanda aviauçuşlar zamanı “immun pasport”lardan istifadəyə keçilə bilər. Bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı məlumat verib. Bildirib ki, məsələ ilə əlaqədar Ümümdünya Səhiyyə Təşkilatı (ÜST), Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (BHNA) və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) bir sıra tələbləri var.

 

“Aviauçuşlar zamanı COVID-19 pasportundan istifadə beynəlxalq təcrübəyə əsaslanır. Vətəndaş harasa uçmamışdan bir neçə gün əvvəl COVID-19 testindən keçir və alınan nəticə, yəni sağlamlığıı barədə arayış onun “immun pasport”una qeyd edilir. Bu zaman yoluxmanın yoxlamadan sonra baş verə biləcəyi və ya bir neçə gün sonra özünü büruzə verməsi ehtimalı da nəzərə alınır. Yaxın günlərdə bu məsələ ilə əlaqədar qərar qəbul ediləcək. Bu qərardan sonra biz pasportdan istifadəyə başlayacağıq” – TƏBİB-in rəhbəri qeyd edib.

 

Beynəlxalq reallıqları araşdırsaq, görərik ki, hazırda dünyanın bir çox ölkəsində sınaqdan keçirilən “immun pasport”lar geniş ictimai rezonansa səbəb olub. Bu məntiqlə məhdudiyyətlər yalnız toxunulmazlıq immuniteti olan şanslılardan başqa bütün insanlığa şamil ediləcək. Bazara COVID-19-a qarşı peyvənd çıxarılandan sonra isə "immun pasport"u yalnız vaksin vurulmuş insanlar ala biləcək.

 

Bu situasiya ilk baxışdan göründüyü kimi sadə deyil. ÜST hələ ki, bu yanaşmaya qəti şəkildə qarşı çıxır: “Hazırda COVID-19 testindən keçmiş və orqanizmində antitellər olan insanların təkrar yoluxmayacağını sübut edən bir dəlil yoxdur”.

 

Bu qeyri-müəyyənlik, məsələn, milyarder Bill Geytsin lobbiçilik etdiyi “immun pasport”ların tətbiqi ilə bağlı ideyaları böyük sual altında qoyur. “İmmun-pasport”ların əleyhdarları hesab edirlər ki, Qeyts və tərəfdarları faktiki olaraq, bioloji məlumatlara əsaslanaraq, insanların leqal seqreqasiyasını həyata keçirməyi təklif edirlər.

 

“İmmun-pasport”ların verilməsi ilə bu gün bütün dünyada müzakirə edilən kütləvi vaksinasiya arasında əlaqə göz önündədir. Baxmayaraq ki, yerli hökumət ÜST-nin tövsiyələrinə davamlı əməl edir, Rusiya və digər ölkələrin nümunəsinin əsas götürülməsi Azərbaycanda kütləvi peyvəndi qaçılmaz edir, bununla belə, ölkəmizdə bu məsələ dövlət qurumlarında və mediada çox da müzakirə edilmədi.

Rusiyanın “Avrasiya İdeyaları Emalatxanası” Elmi Araşdırmalara Dəstək Fondunun Ekspert Şurasının sədri Qriqori Trofimçukun AYNA-ya dediyinə görə, “immun pasport”ların tətbiqi ÜST-nin, yəni Qərb dünyasının tələbidir: “ÜST bizi həm bu vaksinasiyaya, həm də bu sənədi reallaşdırmağa tələsdirir. Elə təkcə bu amil bizi ciddi düşünməyə vadar edir. Hələ bu vaxta qədər dünyada heç bir antivirus qısa zaman kəsiyində icad edilərək, geniş kütlə qrupları üzərində sınaqdan keçirilməyib. Yeri gəlmişkən, orduda xidmət edərkən uzun müddət psixoloji cəhətdən çətin vəziyyətdə olan insanların adi görünən peyvəndləmədən sonra necə aqressiv olduqlarını görmüşəm. Yəni, adi peyvənd insan bədənində həmişəki kimi yox, başqa reaksiya vermişdi. Bundan əlavə, COVID-19-a qarşı olan peyvəndin (və ya bu qəribə ampulaların içindəki hansısa maddənin) bizə mütəmadi olaraq, həm də pul müqabilində verilməyəcəyinin də təminatı yoxdur. Və bu ssenari sonralar da dəfələrlə, başqa viruslara qarşı təkrarlana bilər”.

 

“Düşünürəm ki, əgər Qərb və Avropa İttifaqı Azərbaycan kimi ölkələri ənənəvi siyasi yollarla diz çökdürə bilmədisə, başqa yollara, həm də qarşısını almaq üçün arqument tapılmayacaq yollara əl atırlar. Çünki yeni texnologiyalar vasitəsilə bütün dünya nəzarətdə olacaq. Əgər kütləvi peyvənd olunarsa, onda Qərb koalisiyası dünyanı daha etibarlı metodla öz əlində saxlaya biləcək. Və postsovet ölkələri bunun qarşısını almaqda çətinlik çəkəcək. Məhz bu ölkələr və Çin “yeniliklərdən” daha çox zərbə alacaq”, - Trofimçuk vurğulayıb.

 

“Təsəvvür edin ki, sizi qaranlıq bir otağa salıb, naməlum bir mayeni içməyə məcbur edirlər. Siz, hətta xarici səfərlərə daha rahat yollanmaq müqabilində belə, bu təklifə çətin razı olasınız. Maraqlıdır ki, bir çoxları iynə vurmaq təklifinə indidən razıdır. Dünyada heç bir yaxşı iş aqressiv formada edilmir. Və indi baş verənlər milyonlarla insanı narahat etməyə başlayıb”, - ekspert əlavə edib.

 

Müsahibimiz gələcəkdə “immun pasport”ların əhatə dairəsinin genişlənəcəyini hesab edir: “Belə pasport olmadan bir vətəndaş nəinki xaricə gedə bilməyəcək, həm də işləmək, təhsil almaq və digər hüquqları da məhdudlaşdırılacaq”.

Müəllif: Tanya Samsonova