Hadisə nəticəsində bir nəfər ölüb
Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 135 kvadratmetr olan kürsülü, birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 130 kvadratmetr sahədə yanıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, yanğının kəşfiyyatı zamanı bir nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.