Qarabağdakı Rusiya sülhməramlılarının postları gücləndirilib

Xəbərlər

04.01.2021 - 14:09

Rusiya MN: Nəzarət məntəqələrinə müasir istehkam qurğuları gətirilib

 

Qarabağda və Laçın dəhlizində yerləşən Rusiya sülhməramlılarına aid postların təhlükəsizliyi gücləndirilib. AYNA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilib ki, nəzarət məntəqələrinə müasir istehkam qurğuları gətirilib.

 

Məlumatda qeyd edilib ki, müşahidə məntəqələrində hərbçiləri atıcı silahlardan və qəlpələrdən qorumaq, ətrafı hərtərəfli müşahidə etmək üçün şərait yaradılıb.

 

"Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəsə əməl olunmasına nəzarət edirlər. Sülhməramlılar mülki nəqliyyat vasitələrinin və sakinlərin Laçın dəhlizindən keçməsinin və döyüşən tərəflərin bütün təmas xətti boyunca hərəkətinin təhlükəsizliyini təmin edirlər”, - deyə Müdafiə Nazirliyi açıqlayıb.

 

Müəllif: Ayna.az