Nazirlik: "Qanunsuz silahlı birləşmələrin tərk-silah olunmaları istiqamətində görülən işlər davam etdirilir"
Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra sentyabrın 23-dək müsadirə edilmiş döyüş texnikası, silah və sursatın siyahısı açıqlanıb.
Bu barədə AYNA-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edək ki, bölgədəki qanunsuz silahlı birləşmələrin tərk-silah olunmaları istiqamətində görülən işlər davam etdirilir.
Siyahıda 4 tank, 1 PDM, 3 MT-LB ZQ-20/3 “Zastava”, 12 haubitsa, 12 minaatan, 468 mina, 956 mina üçün atım, 441 minaatan mərmisi, 22 qumbaraatan, 46 qumbaraatan mərmisi, 313 atıcı silah, 66 242 patron, 50 raket, 300 partladıcı, 62 əl qumbarası qeyd edilib.