“Qarabağ Dirçəliş Fondu” yaradıldı - <font color=red> FƏRMAN</font>

Xəbərlər

04.01.2021 - 12:34

Həkimlər Klinikalar SEO Xidməti

Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası da yaradılıb

 

Prezident İlham Əliyev “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb.

 

AYNA Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, fərmana əsasən, “Qarabağ Dirçəliş Fondu” Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

 

Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılır. Fondun fəaliyyətinə cari rəhbərliyi üç üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirir

 

Fondun vəsaitləri fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.

 

Dövlət başçısı Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam da imzalayıb.

 

Sərəncama əsasən, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

 

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

 

Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

 

Rövşən Rzayev – Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

 

Tural Gəncəliyev – Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

 

Fatma Yıldırım – Azərbaycan Respublikası Milli Məclisinin deputatı

 

Fərhad Bədəlbəyli – Bakı Musiqi Akademiyasının rektoru

 

Ədalət Muradov – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru

 

Kamal Abdulla – Azərbaycan Dillər Universitetinin rektoru

 

Alim Qasımov – Azərbaycan Respublikasının Xalq artisti.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş