Hazırda faktla bağlı araşdırma aparılır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Lerik rayonunun Hücü kəndi yaxınlığında meşə materialının daşındığı barədə məlumat daxil olub. AYNA-ya bu barədə ETSN-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nazirliyin yerli qurumlarının əməkdaşlarının keçirdikləri reyd zamanı 5 fevral 2020-ci il tarixində gecə saat 5 radələrində QAZEL” markalı 10-OS-483 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 2 m3 həcmində ağcaqayın cinsli işlik meşə materialı aşkar edilib.
Avtomobilin sahibi Samir Məmmədov barəsində akt tərtib olunub. Hazırda faktla bağlı araşdırma aparılır.