Qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verilib

Xəbərlər

17.11.2023 - 13:14

Əməliyyat tədbirləri ilə 15 ov tüfəngi aşkar edilərək götürülüb

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında iki ədəd avtomat, bir ədəd tapança, bir ədəd qumbara, dörd patron darağı, 350 ədəd müxtəlif çaplı patron və 14 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə 15 ov tüfəngi aşkar edilərək götürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş