Martın 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 15 avtomat silahı, 4 tapança, 2 qumbara, 1 alışdırıcı, 22 tüfəng, 39 patron darağı və 1026 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Qeyd olunub ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.