Pxenyan Cənubi Koreya ilə münasibətləri yaxşılaşdırmaq niyyətində deyil

Dünya

14.08.2025 - 13:11

Kim Yo Conq: “Seulun Şimali Koreya ilə bağlı siyasəti dəyişməyib”

“Rəsmi Pxenyan Cənubi Koreya ilə münasibətləri yaxşılaşdırmaq istəmir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Şimali Koreyanın hakim partiyasının Mərkəzi Komitəsinin rəhbərinin müavini, Şimali Koreya liderinin bacısı Kim Yo Conq deyib.

"Biz dəfələrlə bəyan etmişik ki, ABŞ-ın sadiq xidmətçisi və onun sadiq müttəfiqi olan Cənubi Koreya ilə münasibətləri yaxşılaşdırmaq iradəsindən tamamilə uzağıq. Bu son mövqe və rəy konstitusiyamızda qeyd olunacaq", - Kim Yo Conq qeyd edib.

Onun sözlərinə görə, Cənubi Koreya mediasının bəyanatlarının əksinə olaraq, Şimali Koreya sərhədyanı ərazilərdə səsgücləndiriciləri sökməyib və bunu etmək niyyətində deyil.

Onun fikrincə, Seulun Şimali Koreya ilə bağlı siyasəti dəyişməyib.

"Avqustun 18-də başlayacaq birgə hərbi təlimlər bir daha və şübhəsiz ki, Cənubi Koreyanın düşmən yanaşmasını təsdiq edəcək".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş