Putin Dünya Dostluq Oyunlarını qeyri-müəyyən müddətə təxirə salıb

Dünya

03.12.2024 - 13:51

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya Prezidentinin fərmanında konkret səbəblər barədə heç nə deyilmir

Moskvanın Olimpiya Oyunlarının analoqu kimi planlaşdırdığı Dünya Dostluq Oyunları qeyri-müəyyən müddətə təxirə salınıb. AYNA xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin fərmanı hüquqi informasiya portalında dərc olunub.

Sənədə əsasən, əvvəlcə 2024-cü il sentyabrın 15-29-da Moskva və Yekaterinburqda keçirilməsi planlaşdırılan və daha sonra 2025-ci ilədək təxirə salınan Dostluq Oyunları “xüsusi bildiriş”ə qədər təxirə salınıb. Qərar “idmançıların və idman təşkilatlarının beynəlxalq idman fəaliyyətlərinə sərbəst giriş hüquqlarının qorunması” ilə izah olunur, Putinin fərmanında daha konkret səbəblər barədə heç nə deyilmir.

Rusiya hakimiyyəti Ukraynadakı müharibə ilə əlaqədar rusiyalı idmançıların beynəlxalq yarışlarda iştirakdan kənarlaşdırılmasına cavab olaraq Dostluq Oyunlarının Olimpiya illərində təşkil edilməsi qərarını açıqlamışdı. Putinin müvafiq fərmanı 2023-cü ilin oktyabrında imzalanıb.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) təşəbbüsü tənqid edərək, bunun Moskvanın “idmanı siyasiləşdirmək” üçün “qeyri-qanuni cəhdi” olduğunu bildirib. BOK idmançıları Dostluq Oyunlarında iştirakdan imtina etməyə çağırıb.

Müəllif: Ayna.az