Prokurorluğun Strateji İnkişaf Konsepsiyası təsdiq olunub

Xəbərlər

08.01.2021 - 15:26

Həkimlər Klinikalar SEO Xidməti

Bu barədə Baş prokuror Kamran Əliyev məlumat verib

 

Prokurorluğun fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın yenilənməsi, sistemli hala salınması məqsədilə “İşin Təşkili Qaydaları”, həmçinin prokurorluq orqanlarının yaxın gələcəkdə fəaliyyət və inkişaf istiqamətlərini müəyyənləşdirən rəhbər sənəd kimi, “Prokurorluğun 2020-2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyası” hazırlanaraq təsdiq olunub.

 

Baş Prokurorluğun Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, bu barədə Baş prokuror Kamran Əliyev rəhbərliyi ilə yanvarın 8-də keçirilən əməliyyat müşavirəsində məlumat verilib.

 

Əməliyyat müşavirəsində ötən ilin prokurorluğun tarixində də əlamətdar olduğunu qeyd edən Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2020-ci il mayın 1-də Baş prokuror vəzifəsinə təyinatla əlaqədar qəbul edilərkən dövlətimizin başçısının verdiyi göstəriş və tapşırıqların prokurorluq orqanlarında genişmiqyaslı islahatların aparılmasını labüd etdiyi diqqətə çatdırıb.

 

Qeyd olunub ki, həmin tapşırıqlardan irəli gələn vəzifələrin icrası məqsədilə Fəaliyyət Planı təsdiq olunmaqla, qısa müddətdə prokurorluqda mütərəqqi struktur və kadr islahatları aparılıb, prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və səmərəliliyinin artırılması, dövrün tələblərinə cavab verən peşəkar dövlət təsisatı kimi yenidən formalaşdırılması məqsədilə zəruri tədbirlər görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş