Prodüser Oqtay Əliyev yol qəzasında ölüb - FOTO

Hadisə

22.03.2023 - 19:26

Xalq artisti Mehriban Zəki və Dilarə Əliyeva xəsarət alıblar

Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

AYNA “Report”a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu ərazisində baş verib.

Belə ki, onun idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

Prodüser Oqtay Əliyev yol qəzasında ölüb - Prodüser Oqtay Əliyev yol qəzasında ölüb - Prodüser Oqtay Əliyev yol qəzasında ölüb - Prodüser Oqtay Əliyev yol qəzasında ölüb -
Müəllif: Ayna.az