Problemli kreditlərin məbləği 26 faiz azalıb

İqtisadiyyat

23.01.2024 - 14:51

Azərbaycan Mərkəzi Bankı məlumat yayıb

Bu il yanvarın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 437,8 milyon manat təşkil edib. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, bu, ötən il dekabrın biri ilə müqayisədə 0,6% azdır.

Ölkədə problemli kreditlərin məbləği son bir ildə isə 26,3% azalıb.

2023-cü il dekabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,8% təşkil edib. Bu nisbət noyabrın sonuna 1,9%, 2022-ci il dekabrın sonuna isə 2,9% olub.

Müəllif: Ayna.az