Prezidentin köməkçisi İsrail səfiri ilə görüşüb

Xəbərlər

27.01.2023 - 16:23

Səfir: “Bu gün Hikmət Hacıyevlə vacib görüş keçirdim”

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

AYNA xəbər verir ki, bu barədə İsrail səfiri "Twitter"də yazıb.

“Bu gün Hikmət Hacıyevlə vacib görüş keçirdim. Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı başsağlığı verdim və Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bir daha bəyan etdim”, - səfir bildirib.

Müəllif: Ayna.az