Prezidentdən “İsgəndər” açıqlaması: “Qar əriyəndən sonra tapıldı”

Xəbərlər

13.04.2021 - 12:14

İlham Əliyev: “Mən tapşırıq verdim ki, məsələ araşdırılsın və biz onu tapdıq”

 

“Ermənistanın Baş naziri deyəndə ki, “İsgəndər” raketi atılıb və onun yalnız 10 faizi partlayıb, hamı ona gülürdü. Mən fevral ayında deməmişdim ki, onlar bunu etməyiblər. Mən demişdim ki, onu (“İsgəndər” raketini)  aşkarlamamışıq. Bunlar ayrı-ayrı şeylərdir”.

 

AYNA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” konfransında Şuşaya atılan “İsgəndər-M” raketləri barədə danışarkən deyib.

 

Ölkə başçısı qeyd edib ki, “İsgəndər” raketinin tətbiqi Azərbaycan üçün gözlənilməz olub: “Keçmiş prezident, müharibə cinayətkarı, əli Xocalı qurbanlarının qanına batan Serj Sarkisyan Paşinyanı ittiham edirdi ki, “İsgəndər” raketləri Azərbaycanın boru kəmərlərinə niyə atılmayıb. Ermənistanın Baş Qərargah rəisi “İsgəndər”in atıldığını deyirdi. Onlar bununla bağlı video göstərirdilər. Mən tapşırıq verdim ki, məsələ araşdırılsın və biz onu tapdıq”.

 

İlham Əliyev qeyd edib ki, Azərbaycanın niyə əvvəl “İsgəndər”in aşkarlamamasının səbəbini də açıqlayıb: “Şuşada qar idi, yanvarda, fevralda ora qar idi. Qar əriyəndən sonra o tapıldı”.

 

Müəllif: Ayna.az