Mirdaməd Sadıqov “Şöhrət” ordeni ilə təltif edilib
Prezident İlham Əliyev Mirdaməd Sadıqovun barəsində sərəncam verib. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Mirdaməd Mirsadıq oğlu Sadıqov “Şöhrət” ordeni ilə təltif edilsin”.
Qeyd edək ki, ölkə rəhbəri bir neçə gün öncə Mirdaməd Sadıqovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.
Ayna.az
Pin up casino Pin-up casino giriş