Dövlət başçısı iki sərəncama imza atıb
Prezident İlham Əliyev iki mühüm sərəncam imzalayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, ilk sərəncamla Anar Adil oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.
Dövlət başçısının digər sərəncamına əsasən, A.Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin olunub.