Prezident və birinci xanım Füzuli və Cəbrayıla səfər ediblər

Xəbərlər

26.05.2022 - 14:21

İlham Əliyev və Mehriban Əliyeva təməlqoyma mərasimlərində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər.

AYNA xəbər verir ki, dövlət başçısı və birinci xanım Füzuli rayonunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olub, Cəbrayıl rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak ediblər.

Prezident və birinci xanım həmçinin Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olublar.

Daha sonra İlham Əliyev və Mehriban Əliyeva Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının təməlqoyma mərasimində iştirak ediblər.

Müəllif: Ayna.az