Prezident və birinci xanım “Ağıllı kənd”də

Xəbərlər

27.05.2022 - 12:57

İlham Əliyev və Mehriban Əliyeva “Ağıllı kənd”in birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər

Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub.

AYNA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər və burada yaradılan şəraitlə tanış olublar.

Sonra dövlət başçısı və birinci vitse-prezident Ağalı kənd sakinləri ilə görüşüblər.

Müəllif: Ayna.az