Prezident və ailəsinin Fəxri xiyabanı ziyarəti – <font color=red> FOTOLAR</font>

Xəbərlər

12.12.2019 - 14:09

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub

 

Xəbər verdiyimiz kimi, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək mərhum Prezident Heydər Əliyevin məzarını ziyarət ediblər.

 

Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəlmişdilər.

 

Prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoydu. Azərbaycanın dövlət himni səsləndi.

 

Dövlət başçısı İlham Əliyev və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoydular.

 

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.

 

Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş Nazir Əli Əsədov, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev və digər rəsmi şəxslər iştirak ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş