Prezident tapşırıq verdi: Azərbaycan Türkiyəyə amfibiya təyyarəsi göndərir

Xəbərlər

23.06.2022 - 15:34

FHN-in amfibiya təyyarəsi yanğınları söndürmək üçün Türkiyəyə yola düşəcək

Məlum olduğu kimi, qardaş Türkiyə Respublikasının Muğla bölgəsində hazırda meşə yanğınları davam edir.

AYNA Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə yaxın saatlarda Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşəcək.

Hazırda təyyarənin yola salınması üçün hazırlıq işləri gedir.

Müəllif: Ayna.az