Prezident Qorxmaz Əlilicanzadəyə fəxri ad verdi

Mədəniyyət

01.08.2019 - 01:03

Aktyorun soyadı düzgün yazılmır

 

31 iyul Azərbaycan prezidentinin sərəncamı ilə bir qrup mədəniyyət xadimi fəxri ad və mükafatlar alıb. AYNA xəbər verir ki, siyahıda aktyor, şoumen, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qorxmaz Əlilicanzadə "Əməkdar artist" fərxi adına layiq görülüb.

 

AYNA kollektivi adından aktyoru təbrik edir, cansığılı və sənət uğurları arzulayırıq!

 

Qeyd edək ki, prezidentin rəsmi fərmanında da yazıldığı kimi aktyorun adı və soyadı Qorxmaz Əlilicanzadədir. Bir sıra saytlar bilərəkdən və ya bilmədən Qorxmaz Əlili olaraq yazırlar. Dəfələrlə aktyor soyadı ilə bağlı bu problemə toxunsa da, saytlar inadla eyni səhvi təkrarlamaqdadır. Bununla bağlı Qorxmaz Əlilicanzadə özü etirazını bildirib.  Aktyor AYNA vasitəsi ilə yerli mətbuata bu yanlışın düzəldilməsi üçün müraciət edib. 

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə