Mikayıl Müşfiqin güllələnmə səhnəsi “Repressiya”da - <font color=red> VİDEO</font>

Mədəniyyət

16.09.2020 - 12:44

AzTV yeni layihə təqdim edir

 

Azərbaycan Televiziyasında (AzTV) “Repressiya” adlı yeni layihə hazırlanıb. AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya verilən məlumata görə, layihənin bu gün saat 21:30-da təqdimatı olacaq.

 

“Repressiya” yeni mövsümdən ayda iki dəfə efirə gedəcək sənədli filmlər silsiləsidir. İlk sənədli film 1937-ci il repressiyalarının qurbanı Mikayıl Müşfiqə həsr olunub.

 

Filmdə Müşfiqə qarşı təzyiqlər, atılan böhtanlar və yazıçının həbsi obrazlı şəkildə əks olunub.

 

Bundan başqa, şairin həyat yoldaşı Dilbər Axundzadə ilə görüşü və iki müstəntiqə ifadəsi də filmdə improvizə

olunub. Sonda isə şairin güllələnmə səhnəsi yer alıb.

 

“Repressiya”da Mikayıl Müşfiq obrazını Toğrul Rza, Dilbər Axundzadəni isə Kəbirə Həşimi canlandırıb. Sənədli filmin rejissoru və operatoru Elmir Süleymanov, ssenari müəllifi Kəmalə Mirzəyevadır. Montaj isə Mahir Rəhimova məxsusdur.

Müəllif: Ayna.az