Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

Siyasət

26.09.2022 - 22:32

Həkimlər Klinikalar SEO Xidməti

Prezident: "Məktəbdə atışma nəticəsində uşaqların və yaşlıların həlak olması xəbəri məni dərindən sarsıtdı"

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə İjevsk şəhərində 88 saylı məktəbdə atışma nəticəsində insanların ölümü ilə bağlı başsağlığı verib.

AYNA xəbər verir ki, məktubda deyilir:

Hörmətli Vladimir Vladimiroviç,

İjevsk şəhərindəki 88 saylı məktəbdə atışma nəticəsində uşaqların və yaşlıların həlak olması xəbəri məni dərindən sarsıtdı.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin hamısına tezliklə sağalmalarını arzu edirəm.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş