Prezident İlham Əliyev Putinin köməkçisi ilə Zəngəzur dəhlizini müzakirə edib

Xəbərlər

05.12.2022 - 13:06

Azərbaycan Prezidenti Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 5-də Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitini qəbul edib.

AYNA xəbər verir ki, İqor Levitin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin, o cümlədən iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə edilib, nəqliyyat-infrastruktur sahələrində həyata keçirilən birgə işlərin önəmi qeyd olunub.

Söhbət zamanı ikitərəfli və regional müstəvidə nəqliyyat, tranzit, logistika, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi imkanlarının genişləndirilməsi və Zəngəzur dəhlizi ilə bağlı məsələlər müzakirə edilib.

Müəllif: Ayna.az