Prezident İlham Əliyev Liviya Dövləti Prezident Şurasının Sədrinə başsağlığı verib

Siyasət

15.09.2023 - 18:51

Həkimlər Klinikalar SEO Xidməti

Prezident: "Çoxsaylı insan tələfatı barədə xəbər bizi son dərəcə kədərləndirdi"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfiyə başsağlığı verib.

AYNA xəbər verir ki, dövlət başçısı məktubunda qeyd edib: “Ölkənizdə baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi”.

Azərbaycan Prezidenti bu faciə ilə əlaqədar Məhəmməd Yunis Əl-Mənfiyə, həlak olanların ailələrinə və yaxınlarına, dost Liviya xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.

Müəllif: Ayna.az