Ərazidəki dəyişikliklər hakimiyyətin sahil zonalarının rəsmi sərhədlərini dəniz xəttinə uyğunlaşdırmaq istəyi ilə bağlıdır
Polşanın ərazisi 2022-ci ildən bəri 68 hektar azalıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Qazeta.pl” ölkənin Baş Statistika İdarəsinə (GUS) istinadən məlumat yayıb.
Qeyd olunub ki, 2022-ci ildən bəri Polşanın ərazisi artıb, lakin bu il tendensiya dəyişib. Ərazidə azalma 11 voyevodada qeydə alınıb. Ərazidə ən böyük azalma Qərbi Pomeraniya Voyevodalığında qeydə alınıb - 35 hektar.
Ərazidəki dəyişikliklər ölkə hakimiyyətinin sahil zonalarının rəsmi sərhədlərini faktiki dəniz xəttinə uyğunlaşdırmaq istəyi ilə bağlıdır.