Polşa qırıcı təyyarələrini havaya qaldırıb

Dünya

12.07.2025 - 08:07

Əməliyyat komandiri bütün qüvvə və vasitələrin işə salınması barədə göstəriş verib

Polşa qırıcı təyyarələrini havaya qaldırıb. AYNA.AZ xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin bölmələrinin operativ komandanlığı "X" hesabında yazıb.

Bildirilir ki, Polşa təyyarələri Rusiyanın Ukraynadakı fəaliyyətinə görə qaldırılıb.

Qeyd olunur ki, əməliyyat komandiri ixtiyarında olan bütün qüvvə və vasitələrin işə salınması barədə göstəriş verib. Bundan əlavə, yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

"Silahlı qüvvələrin operativ komandanlığı mövcud vəziyyətə nəzarət edir, tabeli qüvvələr və vasitələr dərhal cavab tədbirləri üçün tam hazır vəziyyətdədir", - məlumatda deyilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş