“Politico”: Fransa Ukrayna üçün silah almaq təşəbbüsünə qoşulmayıb

Dünya

16.07.2025 - 11:16

Fransa büdcə xərclərini azaltmağa və böyük kəsiri cilovlamağa çalışır

Fransa ABŞ-ın Ukrayna üçün silah almaq təşəbbüsünə qoşulmayıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

“Prezident Emmanuel Makron uzun müddətdir ki, avropalıları öz hərbi-sənaye bazalarını yaratmağa çağırır. Fransa bu səbəbdən Amerika silahlarının alınması təşəbbüsünə qoşulmayacaq”, - məqalədə qeyd olunub.

Nəşr yazıb ki, Fransa hökuməti eyni zamanda, büdcə xərclərini azaltmağa və böyük kəsiri cilovlamağa çalışdığı üçün özünün müdafiə xərclərini artırmaqda çətinliklərlə üzləşir.

Bundan əvvəl məlum olub ki, Hollandiya və Danimarka ABŞ Prezidenti Donald Trampın təklif etdiyi plan çərçivəsində Ukrayna üçün Amerika silahları almağa hazır olduqlarını bildiriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş