Hadisə Haftanin rayonunda qeydə alınıb
PKK terrorçularının minaatanlardan açdığı atəş nəticəsində İraqın şimalında 2 türk əsgəri həlak olub.
AYNA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə Haftanin rayonunda qeydə alınıb. Terrorçuların açdığı atəş nəticəsində daha 2 türk əsgəri yaralanıb.
Qeyd olunub ki, düşmənin obyektlərinə cavab atəşi açılıb, hədəflər məhv edilib və ölən hərbçilərin qisası alınıb.