İranla Belarus BRİKS və ŞƏT-də əməkdaşlığı genişləndirməyi planlaşdırır
İran və Belarus BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində konstruktiv əməkdaşlığı daha da gücləndirə bilər. AYNA.AZ Belarus mediasına istinadən bildirir ki, bu barədə Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə İran Prezidenti Məsud Pezeşkian deyib.
Prezident qeyd edib ki, hər iki ölkə bir çox beynəlxalq forumlarda oxşar fikir və mövqelərə malikdir və bu, daha sıx əməkdaşlıq üçün yeni imkanlar açır.
Pezeşkian əlavə edib ki, “belə ümumi baxış müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət, mədəniyyət, hərbi və turizm sahələrində əldə edilmiş razılaşmaların tam şəkildə həyata keçirilməsinə töhfə verə bilər”.