Peyvəndlənənlərin sayı açıqlanıb

Xəbərlər

30.09.2022 - 17:48

Azərbaycanda COVID-19 əleyhinə daha 874 nəfət peyvənd olunub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 874 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 364, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 130, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 319, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 61 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 890 389, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 381 939, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 867 516, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 379 197, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 261 737 nəfər təşkil edir.

Müəllif: Ayna.az